TRIPP layihəsinin rəsmi işə düşdüyü elan olunub.
İnfoteka24-ün məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan elan verib.
Paşinyan bildirib ki, layihə Azərbaycanla Naxçıvan arasında əlaqənin təmin edilməsi ilə yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişlənməsinə də töhfə verəcək.
ABŞ Prezidenti Donald Tramp da TRIPP layihəsinin rəsmi işə salınması münasibətilə müraciət yayıb.
Onun müraciətində TRIPP layihəsinin rəsmi işə düşməsindən məmnunluq ifadə olunub.
Qeyd edək ki, TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanır. Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunmuş razılaşmalar çərçivəsində icra olunacaq. Layihənin idarə olunması üçün ABŞ və Ermənistanın iştirakı ilə xüsusi şirkətin yaradılması nəzərdə tutulur.
Təklifə əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq. Razılaşmanın müddətinin uzadılması halında Ermənistanın payının 49 faizə çatdırılması imkanının nəzərdə tutulduğu bildirilir.
TRIPP Azərbaycanın əsas əraziSi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat və logistik əlaqəni təmin edəcək.


