Ermənistanı Dağlıq Qarabağa birləşdirən yol Azərbaycanın nızarətindədir - MN bəyanat yaydı

23:33 / 11.06.2020
2002

Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Hit.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir: "Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".
 

1