İş yerlərində qadınlara qarşı qeyri-etik hərəkətlər: "Bu, onları alçaltmaqdır"

SOSİAL
23:12 / 06.02.2024
422

Qadına qarşı şiddət, zorakılıq, sataşmaq tək ailələrində deyil, işlədiyi mühitdə də olur. Bəzi iş yerlərində rəhbər şəxslər qadını əldə etmək istəyir.

İstəyinə çata bilməyəndə qadına psixoloji təzyiq edir və ya da onun işinə son verir.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a deyib ki, cəmiyyət boşanmış qadınları qınayır:

“Ailəsi dağılan qadınlara qarşı iş yerlərində müxtəlif təkliflər və şübhələr olur. Ümumiyyətlə, kimsə iş yoldaşının ailə statusuna görə münasibət qurursa, həmin şəxsin professionallığından və ən əsası insanlığı şübhəlidir. Azərbaycanda demək olar ki, əksər iş yerlərində qadınlara birmənalı şəkildə xoşagəlməz, mentalitetdən kənar təkliflər edilir. Biz bunu tez-tez eşidir, şahidi oluruq. Bu, yolverilməzdir və qadınlara qarşı ən böyük təhqirdir. Bu, qadınları alçaltmaqdır. Qadının köməyi yoxdursa, əlbəttə ki, özü işləməlidir, ailəsini maddi cəhətdən təmin etməlidir”.

Sevinc

0