Boşanmaların artmasına səbəb təhsilsizlikdir?

16:54 / 08.02.2024
447

Azərbaycanda boşanmaların sayının artması ilə bağlı son məlumatlar heç də ürəkaçan deyil. 

Psixoloq Elnur Rüstəmov Hit.az-a deyib ki, təhsildən yayınanlar, təhsilini başa vurmayan qızlar mənəvi boşluq yaşayırlar. Onların əksəriyyəti cəmiyyətdə özlərinə yer tapa bilmədiyi üçün ailə qururlar: 

"Həmin qadınlar sırf həyatını dəyişmək üçün ailə həyatı qururlar. Qurulan ailələrin böyük əksəriyyəti planlanmayan ailələrdir. Ona görə də həmin ailələrin əksəriyyəti dayanıqlı olmur. Bəzən tərəflərdən biri və ya hər ikisi nə üçün ailə qurduğunun belə fərqində olmur. Düzdür, təhsildən yayınmaq erkən nikahlara birbaşa yol açır. Lakin Avropa ölkələri ilə özümüzü müqayisə etməyimiz qüsurlu müqayisədir. Çünki bizim ictimai təfəkkürümüz hələ o səviyyəyə gəlib çıxmayıb. Yəni bizdə gender bərabərliyi tam olaraq formalaşmayıb. Bu gün Avropa xanımlarının əksəriyyəti artıq karyeradan beziblər. Onlar indi evdar xanım olmaq istəyirlər. Bizdə isə əksinə, qadınlarımız karyeraya can atırlar. Yaxın 10-15 il sonra bu, Azərbaycanda da belə olacaq”.

Sevinc

0