Məktəbli forması lazımdır, ya yox?

SOSİAL
12:40 / 09.09.2024
360

Yeni tədris ilinin başlanmasına az qalıb. 

Valideynlər artıq yeni dərs ili üçün lazımi ləvazimatları almağa başlayıblar. 

Lakin həmişəki kimi yenə məktəb formaları ilə bağlı müzakirələr başlayıb.

Bir qrup valideynlər formanı artıq xərc, bir qrup isə vacib atribut kimi qiymətləndirir.

Hit.az valideynlər arasında kiçik bir sorğu keçirib.

Məktəbli formasının tərəfdarları hesab edirlər ki, forma məktəblilər arasında bərabərlik, nizam intizam hissini artırır. Uşaqların diqqəti güdəlik geyinəcəkləri fərqli geyimlərə yox, dərsə fokuslaşır.Yoldaşlar arasında geyim rəqabəti yaranmır.

Məktəbli formasına qarşı olanlar isə daha imkanlı ailələrin mənsubları olublar. Onlar hesab edirlər ki, məktəbli forması uşaqların zövqünü kor edir. Uşaqlar özlərini rahat hiss etdikləri geyimdə olmalıdırlar və forma artıq məsrəfdir.

İkinci qrup insanlar unudurlar ki, örnək aldığımız Avropanın  aparıcı ölkələrində də məktəbli formalarının məcburi olduğu məktəblər var.

Yaponiyada məktəbli forması olan uşaqları bütün cəmiyyət qoruyur. Bu həm də təhlükəsizlik baxımından vacibdir.

Murad

0