Boşananda toyda alınan və qızıl kimə qalır?

SOSİAL
16:16 / 30.09.2024
290

Ucar rayon sakini Hənifə Mərdanova bildirib ki, 6 ay öncə dəmdəstgahla oğlunu evləndirib. Nişan müddətində və toyda gəlinə xeyli qızıl hədiyyə olunub. O da yaxşı cehizlə gəlin gəlib. Amma toydan az müddət sonra cütlük arasındakı müəyyən problemlər səbəbi ilə boşanıblar.

Bəs boşanarkən cehiz və gəlinə verilən qızıllar necə bölünməlidir?

Mövzu ilə bağlı Hit.az-a danışan vəkil Simarə Şəmsiyeva qeyd edib ki, nişan və nikahda qadına verilən qızıllar hədiyyə və qadının mülkiyyəti sayılır, bölünmür. 

"Cehiz də qızın ailəsi tərəfindən ona hədiyyə edildiyinə görə qızın mülkiyyətidir , deyə bölünmür. Oğlan evi cehizi qaytarmaqdan imtina edirsə, qız evi onları məhkəməyə verib , cehizi geri almaq hüququna malikdir", deyə o bildirib.

Murad
 

0