Savadlı gənclər elmdən niyə uzaqlaşdırılıb?

21:53 / 11.12.2024
348

“2013-cu ildən etibarən Azərbaycan elmində şou xarekterli görüntü işləri görünməyə başladı. Həmin illərdə müddətdə Azərbaycan elmi böhranlı dövrünü yaşadı”.

Bu fikri təhsil eksperti İlqar Orucov deyib. 

O bildirib ki, savadlı, elmli, bilikli gənclər elmdən uzaqlaşdırıldı. Son zamanlar müdafiə edən alimlərə diqqət edəndən görürük ki, onlar köhnəlmiş, heç bir əhəmiyyəti olmayan, hətta laboratoriyanın köhnə hesabatları ilə müdafiə edənlər olub:

“Prezident İlham Əliyev gənclər üçün mükafat təyin edib və orda gənclərin mükafatlandırılması təşəbbüskarı oldum. Ancaq bu mükafat heç bir uğuru olmayan gənclərə verildi”.

Sevinc

0