Toylara limit tətbiq olunmalıdır?

SOSİAL
14:04 / 23.09.2026
115

Toylarla bağlı son günlər səslənən qonaq sayı limiti təklifləri cəmiyyətdə yenidən müzakirələrə səbəb olub. 

Toyların daha az qonaqla keçirilməsi ideyası bir tərəfdən artan xərclər və israfın azaldılması ilə əlaqələndirilir, digər tərəfdən isə Azərbaycan toylarının ənənəsi və geniş qohumluq münasibətləri baxımından suallar doğurur. Bəs 120-130 nəfərlik toy modeli həqiqətən real ola bilərmi və belə bir məhdudiyyət tətbiq edilsə, toy mədəniyyətimiz necə dəyişər?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, toyların böyük keçirilməsi Azərbaycanda uzun illər ərzində formalaşmış sosial ənənələrdən biridir:

410548

“İnsanlar toy mərasimində yalnız yaxın ailə üzvlərini deyil, geniş qohum və tanış çevrəsini də görmək istəyirlər. Buna görə qonaq sayının kəskin azaldılması bəzi ailələr üçün təşkilati deyil, emosional və sosial məsələ də ola bilər. Digər tərəfdən, toyun böyüklüyü həmişə ailənin maddi imkanlarının göstəricisi kimi qəbul edilməməlidir”.

Ekspert qeyd edib ki, bəzən çoxsaylı qonaq siyahısı ailələr üzərində əlavə xərc və sosial gözlənti yaradır:

“İnsanlar “kim çağırılmalıdır?”, “kimə dəvətnamə göndərilməlidir?” kimi suallar qarşısında qalır və nəticədə toyun özü qədər onun təşkilinə çəkilən xərc də müzakirə mövzusuna çevrilir. Toy mədəniyyəti yalnız restoran və qonaq sayından ibarət deyil, onun arxasında illərlə formalaşmış münasibətlər, ailə bağları və sosial ənənələr dayanır. Bu səbəbdən toyların sayına limit məsələsi müzakirə edilərkən həm iqtisadi yük, həm sosial ənənələr, həm də insanların şəxsi seçimləri birlikdə nəzərə alınmalıdır”.

Sevinc

0