Bakıda ev almaq çətinləşir

SOSİAL
14:06 / 08.10.2026
162

Bakıda daşınmaz əmlakın bəzi seqmentlərində bahalaşma sürətini qoruyur. 

Xüsusilə fərdi yaşayış evləri və kommersiya obyektlərində qiymət artımı diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, sentyabr ayında fərdi evlərin orta illik qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz, qeyri-yaşayış obyektlərinin qiyməti isə 13 faiz yüksəlib.

Maraqlıdır, qiymət artımına səbəb nədir və bu hal davam edəcəkmi?

Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, son illərdə daşınmaz əmlak bazarında ən ciddi bahalaşma Bakıda müşahidə olunub: 

411948

“2021-ci ildən indiyədək paytaxtda mənzil qiymətlərində artım 80 faizə yaxınlaşıb. Kommersiya obyektlərində isə dinamika yerləşmə ərazisinə görə dəyişir. Ən yüksək tələbat şəhərin mərkəzində və əsas küçələrdə yerləşən obyektlərə olduğundan, bu ərazilərdə qiymətlər təxminən 14-15 faiz yüksəlib”.

Ekspert qeyd edib ki, mərkəzdən kənar, ikinci dərəcəli küçələrdə artım 12-15 faiz intervalında olduğu halda, şəhərətrafı qəsəbələrdə kommersiya obyektlərinin bahalaşması 10 faiz ətrafındadır: 

“Digər qeyri-kommersiya təyinatlı daşınmaz əmlak seqmentlərində isə artım daha məhdud olub və əsasən 10 faizdən aşağı səviyyədə qalıb”.

Sevinc

0