Bu gün tarixin vərəqlərində 8 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
8 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Həmçinin, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Bu gün Peruda Hərbi Donanma Günü kimi qeyd olunur. Beləliklə, tarixin 8 oktyabrına nəzər salırıq.
8 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 3-cü dəfə raket atəşinə tutulub. Həmçinin, 1912-ci ildə Monteneqronun Osmanlı imperiyasına müharibə elan etməsi ilə Birinci Balkan müharibəsi başlayıb. 1952-ci ildə Londonda üç qatarın iştirakı ilə baş verən qatar qəzasında 112 nəfər həlak olub. 1970-ci ildə rus yazıçısı Aleksandr Soljenitsın Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1980-ci ildə Bob Marli huşunu itirib və son konsertini tamamlaya bilməyib, daha sonra onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. 1991-ci ildə Xorvatiya Yuqoslaviyadan müstəqilliyini elan edib. 2005-ci ildə Pakistanda baş verən 7,6 bal gücündə Kəşmir zəlzələsi təxminən 75.000 insanın ölümünə, 106.000 insanın isə yaralanmasına səbəb olub.
8 oktyabrda doğulanlar:
1946-cı ildə Milli Qəhrəman, şəhid Kamil Nəsibov, 1942-ci ildə Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov, 1951-ci ildə Əməkdar artist, müğənni Baloğlan Əşrəfov, 1964-cü ildə keçmiş gənclər və idman naziri Azad Rəhimov, 1968-ci ildə sabiq futbolçu və baş məşqçi Samir Ələkbərov, 1971-ci ildə Əməkdar artist, müğənni Teymur Əmrah, 1983-cü ildə sabiq futbolçu Rəşad Sadiqov və 1988-ci ildə sabiq futbolçu Əfran İsmayılov dünyaya gəlib.
Həmçinin, 1850-ci ildə fransız kimyaçı Anri Lui Le Şatelye, 1892-ci ildə rus şairə Marina Svetayeva, 1895-ci ildə Argentinanın sabiq prezidenti Xuan Dominqo Peron, 1926-cı ildə amerikalı yazıçı Luiza Hey, 1931-ci ildə rusiyalı yazıçı Yulian Semyonov, 1985-ci ildə amerikalı müğənni Bruno Mars, 1993-cü ildə ispan tennisçi Qarbine Muqurusa və 1997-ci ildə və italiyalı müğənni Matteo Boçelli doğulub.
8 oktyabrda vəfat edənlər:
2018-ci ildə azərbaycanlı alim, biologiya elmləri doktoru, professor Qara Mustafayev, 1953-cü ildə yapon idmançı, karate ustası Çojun Miyagi, 1967-ci ildə Böyük Britaniyanın keçmiş baş naziri Klement Ettli, 1984-cü ildə alman memar Paul Baumgarten, 2014-cü ildə türk aktyor Volkan Saraçoğlu, 2018-ci ildə ispan futbolçu Xuan Heredia və 2019-cu ildə ingilis aktrisa Helen Şinqler vəfat edib.
Pərviz


