"Ferrari"nin elektromobili neçəyə olacaq? - ŞOK QİYMƏT

AVTO
10:35 / 21.06.2024
930

Dünyanın ən prestijli avtomobil markalarından olan "Ferrari"nin yeni istehsal edəcəyi elektrikli avtomobili maraqla gözlənilir. 

Hit.az xəbər verir ki, sözügedən avtomobilin 2025-ci ilin sonunda satışa çıxarılması gözlənilir. 

Onun qiyməti barədə ilkin rəqəmlər də bəlli olmağa başlayıb. Belə ki, elektrikli "Ferrari"nin ən azı 500 min avrodan satışa çıxarılacağı proqnozlaşdırılır. Üstəlik, bu, başlanğıc qiyməti olacaq. Yəni sözügedən rəqəm daha da astronomik səviyyələrə çıxa bilər. 

Onu da qeyd edək ki, "Ferrari" elektromobil istehsalı üçün illik 20 min ədədlik kvota müəyyən edib. 

Pərviz

0