Ermənistan jurnalistləri də silahlandırıb - FOTO

DÜNYA
14:20 / 05.10.2020
1229

Ermənistan Müdafiə nazirliyi jurnalistləri də silahlandırıb.

Trend-in məlumatına görə, bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stefanyan paylaşımdan görmək olur.

Qeyd edək ki, münaqişə baş vermiş ərazilərdə jurnalistlərin silahlandırılması, hətta jurnalistlərin öz texniki avadanlıqlarından silah kimi imitasiya etməsi beynəlxalq hüquqi qaydalara ziddir. Çünki bu birbaşa jurnalistləri silahlı hədəf halına çevirir və onların həyatı üçün təhlükə yaradır.

Ermənistan hakimiyyəti isə hər şeydə olduğu kimi jurnalistikada da qayda və prinsipləri pozaraq jurnalistləri silahlandır və onları silahlı hədəf halına çevirir.

1