Ermənistanda daha bir yüksək rütbəli məmur saxlanıldı

DÜNYA
13:19 / 29.01.2021
819

Ermənistan İqtisadiyyat Nazirliyinin lisenziyalaşdırma və icazələr agentliyinin rəhbəri Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

HİT.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları BƏƏ-dən Ermənistanda fəaliyyət göstərən bir şirkətin adına 148,535 dollar dəyərində cilalanmış almazın (1.776.84 karat) gətirildiyini aşkar ediblər.

Gətirilən almazların gömrük dəyəri təqribən 72 milyon dram təşkil edib. Bununla birlikdə mütəxəssislər bu almazların bazar dəyərinin 420 milyon dram (811 min dollar) olduğunu müəyyənləşdiriblər. Nəticədə dövlət xəzinəsinə ödənilməli olan böyük miqdarda rüsumlar mənimsənilib.

Dövlət Gəlirləri Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ermənistan İqtisadiyyat Nazirliyinin təsərrüfat subyektlərinə müvafiq sənədlərin yoxlanılması və verilməsindən məsul olan lisenziyalaşdırma və icazə agentliyinin rəhbəri A.N.-ın şirkət rəhbərindən 6 sentyabr 2020-ci il tarixdə böyük məbləğdə rüşvət aldığını müəyyən ediblər.

Bunun qarşılığında o, işçisi V.S.-ə almaz idxal bəyannaməsinin yoxlanmasına dair saxta bir sənəd tərtib etməsini tapşırıb. Sözügedən əməkdaşın bu əməli etiraf etdiyi bildirilib. 26 yanvarda isə agentliyin rəhbəri həbs edilib.

Bundan əlavə, istintaqın bir hissəsi olaraq təxminən 10 nəfər DTX İstintaq İdarəsinə gətirilib. İstintaq davam edir.

0