Oğurlanan rus kompleksi ABŞ-a aparılır

DÜNYA
17:29 / 30.01.2021
2174

Liviyada ABŞ qüvvələri tərəfindən ələ keçirilən Rusiya istehsalı “Pantsir S1” zenit raket kompleksi ABŞ-ın Ohayo ştatına aparılacaq.

Bu məlumatı “Popular Mechanics” portalı yayıb.

Məlumata görə, məhz bu ştatda xarici hərbi texnikanın tədqiqatı üzrə ixtisaslaşan ABŞ Hərbi Kosmik Kəşfiyyatının Milli Mərkəzi yerləşir.

Portal “Pantsir” kompleksinin demontaj ediləcəyini və fəaliyyət prinsiplərinin tədqiqi üçün yenidən quraşdırılacağını bildirib.

Qeyd edək ki, Liviyadan oğurlanan kompleks ABŞ-ın Almaniyadakı Ramştayn bazasında saxlanılır.

1
Axar.az