Ötən gecə Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb.
Hit.az xəbər verir ki, komandamız İngiltərə nəhəngi “Mançester Yunayted” ilə səfərdə qarşılaşıb.
Sürpriz baş vermədi
Oyun meydan sahiblərinin 4-0 hesablı qələbəsi ilə yekunlaşıb. Əslində, məğlubiyyət də, belə hesab da gözlənilən idi. “Sabah”ın xal alması və ya qol vurması sürpriz hesab olunacaqdı. Halbuki bir neçə dəfə real qol epizodları fürsətimiz oldu. Lakin təcrübəsizlik öz sözünü dedi. Buna rəğmən, “Sabah” rəqibin böyüklüyündən və ya atmosferdən çəkinməyərək sona qədər mübarizə apardı.
Matçın statistikaları
“Mançester Yunayted” topla oynamada 58-42 faiz nisbəti ilə öndə olub. Onların 21 zərbəsinə komandamız 11 zərbə ilə qarşılıq verib. “Sabah”ın qapıçısı 5 qurtarış edib. Ev sahibləri 5, qonaqlar isə 2 dəfə böyük şansı qaçırıb. Üstəlik, “Sabah”ın 1 topu da dirəkdən qayıdıb.
İngilislər 7, Azərbaycan çempionu isə 2 dəfə küncdən zərbə yerinə yetirib. Dəqiq pas ötürmələrində də meydan sahibləri daha dəqiq oynayıb: 624-455. Mançester klubu 13, Bakı təmsilçisi isə 12 dəfə qaydanı pozub. Komandalar hərəyə 1 dəfə sarı vərəqə ilə cəzalandırılıblar.
“Sabah” ümid verir
“Sabah”ın 9 yaşında klub olaraq debüt mövsümündə bütün təsnifat mərhələlərini keçərək Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması çox böyük uğurdur. Bu reallıqdır ki, püşkdə komandamıza çox güclü rəqiblər düşdü. Üstəlik, bir çox beynəlxalq ekspert Çempionlar Liqasında ən güclü rəqiblərin məhz “Sabah”da olduğunu bildirirlər.
Lakin hər şeyə rəğmən, komandamız əlindən gələni edəcək. Dünən səfərdə “Mançester Yunayted”in qapısına 11 dəfə zərbə endirmək gələcək adına ümid verir. Əminik ki, komandamız növbəti oyunlarda ilk qollarını vuracaq və ilk xallarını alacaq.
Elmir Mustafa


