Almaniya Müdafiə Nazirliyi Bundesverin Litvada yerləşdiriləcək 45-ci tank briqadasının formalaşdırılması üçün hərbçilərin məcburi qaydada xidmətə cəlb edilməsinə qərar verib.
HİT.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Litvaya təxminən 1000 hərbçinin məcburi qaydada cəlb olunması kampaniyasına bu ayın sonunda başlanacaq. Gələn ilin sonunadək respublikada təxminən 4,8 min alman əsgər və zabitinin yerləşdirilməsi planlaşdırılır.
Məcburi cəlbetmə qərarı könüllülərin sayının kifayət etməməsi ilə əlaqədardır. Xüsusilə informasiya texnologiyaları, logistika və aşpazlıq sahələrində mütəxəssis çatışmazlığı yaranıb.
“Bild” avqust ayında 45-ci tank briqadasının Soyuq müharibə dövründən bəri Almaniya ordusunun ən mühüm layihəsi hesab edildiyini, lakin briqadanın könüllülər hesabına cəmi 60 faiz komplektləşdirildiyini yazmışdı.
Eyni zamanda, artıq Litvada yerləşən bölmələr təxminən 92 faiz komplektləşdirilib. Problem xüsusilə sıravi heyətə aid hərbçilərin cəlb olunması zamanı kəskin şəkildə özünü göstərir.
Samir


