Ermənistanda maşın partladıldı, atışma oldu: ölənlər var

11:37 / 22.04.2021
1679

İkinci Qarabağ müharibəsindən sonra “könüllülər” adı ilə əhaliyə paylanan silahların yığılmaması və siyasi hərcmərclik Ermənistanda xaosa səbəb olmaqdadır.

Axar.az xəbər verir ki, müharibədən sonra Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla, müxtəlif şəhərlərdə silahlı qarşıdurmalar vaxtaşırı olaraq qeydə alınır.

Belə bir qarşıdurmalardan biri də bu gecə Eçmiədzində baş verib. Belə ki, avtomatla silahlanan şəxs bir nəfəri yaralayıb, yaxınlarını isə öldürməklə təhdid edir.

Silahlı hadisə yerinə gələn polislərə də avtomatdan atəş açıb. Nəhayət, polis cavab atəşi açıb və o, yaralı olaraq ələ keçirilib.

Məlum olub ki, avtomatla atəş açan şəxs 41 yaşlı Əziz Sloyandır. O, 60 yaşlı qohumu Tital Sloyanı bıçaqla yaraladıqdan sonra doğmalarını güllələməklə təhdid edirmiş.

İrəvanda isə səhər saatlarında – 8 radələrində avtomobil partladılıb. Hadisə yerinə gələn FHN əməkdaşları partlayış nəticəsində 2 nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını aşkarlayıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

0