Taksim məscidi ibadətə açıldı -FOTOLAR

DÜNYA
19:36 / 28.05.2021
1035

Türkiyənin İstanbul şəhərinin yeni simvollarından olan Taksim məscidi ibadətə açılıb.

Açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Məsciddə bu gün ilk cümə namazı qılınıb.

Məscid memarlar Şefik Birkiye və Səlim Dalamanım imzasını daşıyır.

16 min 500 kvadrat metrlik ərazidə inşa olunan, qapalı hissəsi təxminən 2482 kvadrat metr sahəni əhatə edən məscidin hündürlüyü 61 metrdir.

Taksim Məscidində eyni vaxtda 2500 nəfər ibadət edə bilər.

Qeyd edək ki, məscidin təməli 2017-ci il fevralında qoyulub və Türkiyənin ən böyük ibadət mərkəzlərindən biridir.

0
“Qafqazinfo”