Baydenlə Ərdoğan arasında görüşün tarixi bilindi

19:30 / 03.06.2021
1730

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşəcək.

HİT.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.

0