Avropada yetkinlik yaşına çatmayanların vaksinasiyasına başlanıldı

DÜNYA
19:42 / 03.06.2021
838

Avropada yetkinlik yaşına çatmayan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Bu barədə “Euronews” məlumat yayıb.

Vaksinasiya prosesində “Pfizer/BioNTech” şirkətinin hazırladığı peyvənddən istifadə olunacaq. Proses artıq iyunun 1-dən İtaliya və Rumıniyada start götürüb.

Fransada isə iyunun 15-dən başlanılacaq prosesdə əsas meyar kimi valideynlərin razılığı götürüləcək.

0
oxu.az