DÜNYA
14:47 / 09.06.2021
1078

"Hakimiyyətə gəlsək, bütün gizlinləri açacağıq"

“Hakimiyyətə gələ bilsək, 24 saatdan sonra Ermənistan cəmiyyəti mövcud iqtidarın ondan gizlətdiyi hər şeyi biləcək”. 

HİT.Az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə “Evimiz-Ermənistan” partiyasından Baş nazir postuna namizəd deputat Tiqran Urixanyan bildirib.

Deputat xüsusilə Zəngəzurdan Azərbaycana dəhliz verilməsi, bölgədəki bütün kommunikasiya xətlərinin blokdan çıxarılması məsələsinə diqqət çəkib. 

"Vətəndaşlar bu məsələ ilə bağlı bütün suallarına cavab alacaqlar. Hansı razılaşmaların əldə edildiyini və bunun arxasından nələrin dayandığını biləcəklər”,- deyə o qeyd edib. 

Onun sözlərinə görə, təmsil olunduğu siyası qüvvə Ermənistanın strateji tərəfdaşları ilə, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqə qurub. Uxiranyan hakimiyyətə gəldikdən sonra Azərbaycanla müharibəyə başlayacağını bildirib.

“Ermənistan ərazisini qanunsuz olaraq işğal edənlərə qarşı əməliyyat keçirəcəyik. Gorusda yerləşən Rusiya hərbi bazasının rus hərbçiləri də bu əməliyyata qoşulacaq. Həmçinin, bu əməliyyatda Rusiya Federasiyası Silahlı Qüvvələrinin bütün ordu hissələri iştirak edəcək”. 

O, Rusiya ordusunun münaqişəyə cəlb edilməsini İrəvanla Moskva arasında müvafiq ikitərəfli razılaşmanın olması ilə əsaslandırıb.

VÜQAR

0