Ermənistanda borca görə təhlükəli vəziyyət yaranıb - FOTO

DÜNYA
10:43 / 03.07.2021
1807

Ermənistanda son 12 ildə dövlət borcları 5 dəfəyədək artıb.

HİT.Az xəbər verir ki, bu barədə “Sputnik” nəşri məlumat yayıb.

Həmin məlumata görə, Ermənistanın dövlət borcu ötən il onun ÜDM-nin 63,5 faizini təşkil edib.

Tanınmış iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlunun sözlərinə görə, bu, o deməkdir ki, artıq Ermənistanda dövlət  borcu təhlükəli fazaya daxil olub.

O bildirib ki, Ermənistanın dövlət borcu ötən il daha sürətlə artaraq ilin əvvəlindən 6,8 milyard dollardan ilin sonuna 8,1 milyard dollara yüksəlib, ÜDM-də faizi isə 13,4 faiz qalxıb. Hərəkat lideri hesab edir ki, buna səbəb həmçinin ötən il Ermənistanın ÜDM-nin 7,6 faiz aşağı düşməsidir.

VÜQAR

0