Sabiq nazir həbs edildi

DÜNYA
20:29 / 25.03.2022
2621
Rumıniya Ali Məhkəməsi sabiq maliyyə naziri Sebastyan Vladeskunu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hİt.az xəbər verir ki, Vladesku korrupsiyada və 2005-ci ildə Rumıniya Dəmir Yollarına (CFR) dəstək olmaq üçün yönəldilmiş dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda təqsirli bilinib.
 
Qeyd edək ki, S.Vladesku 2005-2007-ci illərdə, həmçinin 2009-2010-cu illərdə Rumıniyanın Maliyyə Nazirliyinə rəhbərlik edib.
Rumıniyada sabiq nazirə 8 il 6 ay həbs verildi
0