Nazir açıqladı - Əhalinin gəlirləri artacaq

SOSİAL
17:24 / 11.11.2026
35

"Gələn il üçün inflyasiyanın 5.3% olacağını proqnozlaşdırırıq".

Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deyib.

O bildirib ki, pensiya indeksasiyasının həm əvvəlki illərin göstəriciləri, həm də bu ilin ilk 10 ayında orta əməkhaqqının artımı nəzərə alınmaqla hesablanacağı nəzərə alınarsa, indeksasiyanın inflyasiyadan yüksək olacağı gözlənilir:

"Bu isə əhalinin gəlirlərinin artacağı deməkdir. Qanunvericiliyə əsasən, pensiya indeksasiyası son 12 ay üzrə orta əməkhaqqı artımına uyğun müəyyən edilir. Bu göstərici isə yalnız yanvar ayının sonunda məlum olacaq. Hazırda artım təxminən 7.8% səviyyəsindədir. Növbəti iki ayın faktiki göstəriciləri dəqiqləşdikdən sonra indeksasiyanın yekun məbləği müəyyən ediləcək. Məqsəd pensiyaçıların gəlirlərinin həm inflyasiya, həm də digər amillər nəzərə alınmaqla real artımını təmin etməkdir".

0