DÜNYA
19:19 / 11.05.2022
630

İran Ermənistandan əvəz çıxdı: Sərhədi keçən avtomobillərdən 120 dollar alınacaq

Ermənistan dövlət nömrə nişanlı avtomobillər mayın 21-dən etibarən İrana daxil olarkən 120 dollar ödəməli olacaqlar.

Bu barədə məlumat İran Avtomobil Yükdaşımaları və Xidmət Təşkilatının Beynəlxalq Yükdaşımaları Ofisinə istinadən yayılıb.

“İran tərəfi bildirib ki, qərar Ermənistan tərəfinin fəaliyyətlərinə cavab olaraq qəbul edilib. Qeyd olunur ki, 2018-ci ildən İrəvan İran dövlət nömrə nişanlı avtomobillərdən rüsum alır, eyni zamanda, 2021-ci ilin əvvəlindən Ermənistan tərəfi birtərəfli qaydada Mehridəki terminalda yükləmə-boşaltma imkanlarını ləğv edib”, - deyə məlumatda qeyd olunur.

Mənbə: Sputnik Ermənistan

0