DÜNYA
21:00 / 11.05.2022
131

İlon Mask Trampı "Twitter"ə qaytarmaq istəyir

Milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampı "Twitter" şəbəkəsinə qaytarmaq niyyətindədir.

HİT.az xəbər verir ki, Mask bu niyyətini CNBC telekanalının efirində bəyən edib.

Milyarder deyib: “Fikrimcə, Donald Trampın "Twitter"dən kənarlaşdırılması səhv addım olub, çünki ölkənin çox hissəsi buna narazılığını bildirir və bu addım Donald Trampın səs hüququnu əlindən almayıb”.

Xatırladaq ki, aprel ayının sonunda İlon Mask dünyada ən populyar və nüfuzlu sosial şəbəkələrdən biri olan "Twitter"in mikrobloqlar servisini 44 milyard dollara alıb. 2021-ci il yanvarın 6-da ABŞ-ın ovaxtkı prezidenti, seçkilərdə məğlub olmuş Donald Trampın tərəfdarları Kapitoli binasına soxulublar. Kapitoliyə hücumdan sonra "Facebook", "Instagram" və "Twitter" kimi əsas sosial şəbəkələr Trampın səhifələrini 24 saatlıq bloklayıblar. Sonradan "Twitter" şəbəkəsi Trampın səhifəsini həmişəlik bağlayıb. Bunun ardınca "Facrbook" və "Instagram" şəbəkələri də Trampı bloklayıblar. İndi Tramp özünün onlayn platformasını yaratmaq və sosial şəbəkələr aləminə qayıtmaq fikrindədir.

0