DÜNYA
21:59 / 12.05.2022
192

Qalaktikadakı nəhəng qara dəliyin ilk şəkli çəkildi - FOTO

Qalaktikada nəhəng qara dəliyin ilk dəfə fotosu çəkilib.

Hit.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

"Sagittarius A*" ("Oxatan A*") adlanan bu qara dəliyin kütləsi Günəşdən təxminən 4 milyon dəfə böyükdür.

Fotoda qara dəliyin yerləşdiyi qaranlıq bölgəni və onun ətrafında cazibə qüvvəsi ilə hərəkətə keçən yüksək temperaturlu qazların yaydığı halqavari işığı görə bilərik.

Fotoda görünən bu halqanın diametri təxminən 60 milyon kilometrdir.

Qara dəlik Yerdən 26000 işıq ili uzaqlıqdadır. Yəni onun bizə çatması və təhlükə yaratması mümkün deyil.

Şəkil Millimetrlik və radio rəsədxanaları qlobal şəbəkəsi ("Event Horizon Telescope" (EHT) adlı tərəfindən çəkilib.

Qeyd edək ki, EHT daha əvvəl 2019-cu ildə başqa bir qalaktikanın, "Messier 87"nin içərisində qara dəliyin şəklini çəkib. Həmin qara dəlik Günəşdən min dəfə böyükdür və kütləsi Günəşdən 6,5 milyard dəfə böyükdür.

0