Putini necə devirmək olar? - FTX-nin keçmiş zabitindən AÇIQLAMA

DÜNYA
14:43 / 15.05.2022
984

Rusiyada prezident Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması Ukraynadakı hərbi məğlubiyyət nəticəsində baş verə bilər.

Bu fikri Rusiya Dövlət Dumasının keçmiş deputatı, istefada olan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Gennadi Qudkov deyib.

Rusiyanın “de-Putinləşdirilməsi”nin necə həyata keçiriləcəyi ilə bağlı suala Qudkov belə cavab verib:

“Putini hakimiyyətdə saxlamaq olmaz. Necə? Hərbi məğlubiyyətlə. Putin – Akelladır, səhv edib. Putin artıq maço deyil, axsaq ördəkdir və s. O zaman elitalar fikirləşəcəklər ki, onu necə uzaqlaşdırsınlar, o zaman Putinizmə son qoyulacaq”.

Dövlət Dumasının keçmiş deputatı əlavə edib ki, Rusiyada “de-putinizasiya” ilə yanaşı, “deidiotizasiya” da həyata keçirilməli olacaq.

Çünki onun sözlərinə görə, “Putin insanları aldatmaq, onları planetin ən iyrənc əməllərini dəstəkləyən tam axmaqlara çevirmək üçün konveyer işə salmağı bacarıb”.//Lent.az

0