İlin ilk Ay tutulması başa çatdı - YENİLƏNİB

DÜNYA
09:28 / 16.05.2022
1027

İlin ilk Ay tutulması hadisəsi başa çatıb.

"Report" xəbər verir ki, bu, tam Ay tutulması olub.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatıb. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınıb.
 
08:44

İlin ilk Ay tutulması hadisəsi başlayıb.

"Report"un xəbərinə görə, təbiət hadisəsi tam Ay tutulmasıdır.

Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkündür.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilmir.
 
00:28

Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Hit.az xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.

0