NATO böhranı böyüyür! Rusiya bu ölkələri yenə hədələdi

DÜNYA
12:50 / 16.05.2022
1421

Rusiya növbəti dəfə Finlandiya və İsveçi hədələyib.

Hit.az xəbər verir ki, NATO-ya üzv olmaq istədiklərini açıqlayan Finlandiya və İsveç ilk reaksiyanı Rusiyadan görüb. 

Bu vəziyyəti təhdid kimi qəbul etdiklərini bildirən Kreml iki ölkənin geri addım atmamasından sonra növbəti dəfə qorxuya düşüb: 

"Bu, böyük səhvdir. Bunun çox böyük nəticələri olacaq. Bizə aydındır ki, bu qərar nəticəsində İsveç və Finlandiyanın təhlükəsizliyini gücləndirmək mümkün deyil. Hərbi gərginliyin ümumi səviyyəsi artacaq", - deyə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Finlandiya və İsveç keçən həftə NATO-ya müraciət edəcəklərini açıqladıqdan sonra bütün dünyanın gözü bu bölgəyə zillənib. 

Xəyal Abdullayev

1