"Vaqner" lideri Putini devirmək istəyir - İqor Strelkovdan şok iddia

DÜNYA
17:08 / 30.05.2023
690

Qondarma "Donetsk Xalq Respublikası"nın keçmiş "müdafiə naziri", Rusiyanın 2014-cü ildə Krımı və Donbasın bəzi hissələrini ələ keçirməsində mühüm rol oynamış İqor Strelkov muzdlu “Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinlə bağlı iddiası ilə gündəmə gəlib.

HİT.Az xəbər verir ki, İqor Strelkovun iddiasəna görə, "Vaqner"in rəhbəri Yevgeni Priqojin Putinin çevrəsindən olan komanda ilə hərəkət edərək, Rusiya liderini devirmək istəyir.

Strelkov "Vaqner" silahlılarının Ukraynanın Baxmut şəhəri ətrafındakı döyüş bölgəsindən geri çəkildiyini xatırladıb və Priqojinin Putini devirmək üçün bu əsgərlərdən istifadə edə biləcəyini iddia edib.

800.000 "Telegram" izləyicisi olan Strelkov burada paylaşdığı videoda "Vaqner" rəhbərinin bəzi ordu və dövlət elitalarına müharibə elan etdiyini, bunu təkbaşına edə bilməyəcəyini və "bəzi şəxslərlə" işbirliyində olduğunu bildirib.

"Priqojin "Vaqner"in başçısı olaraq qalsa, üsyan tez və sürətli şəkildə gələcək. Bundan sonra nə olacağını bilmirəm. Amma çevriliş təhlükəsi aydındır. Ölkədə daxili siyasi vəziyyət ən geci yayın sonuna qədər tanınmayacaq dərəcədə dəyişə bilər", deyə Strelkov bildirib.

Samir

0