20 Yanvarın siması belə dəyişdi (FOTO)

15:52 / 16.05.2020
1325

Bakının 20 Yanvar dairəsində son tamamlama işləri həyata keçirilir.

Axar.az-ın verdiyi xəbərə görə, Müzəffər Həsənov küçəsi artıq asfaltlanıb, zolaqlar, avtobus və taksi dayanacaqları üçün xətlər çəkilib. Eyni zamanda Moskva prospektindən M.Həsənova doğru döngə genişləndirilib.

Hazırda təmir Zərdabi küçəsinə doğru istiqamətdə davam etdirilir, habelə, 20 Yanvar dairəsinin oval şəklində olması üçün son işlər görülür.

Bu məqsədlə bu gün və sabah üçün Ziya Bünyadov prospektinə gedən yolda hərəkət məhdudlaşdırılıb

0
Axar.az