Avtomat qutuda "L" hərfi nə deməkdir? - Sürücülər əbəs yerə ondan qorxur

AVTO
22:36 / 14.05.2026
50

Avtomat sürət qutusu olan avtomobil sahiblərinin çoxu hər gün selektorda “L” işarəsini görsə də, ya ondan istifadə etmir, ya da təsadüfən qoşur. Əslində isə bu rejimin konkret və çox faydalı funksiyası var və müəyyən yol şəraitində əvəzolunmaz sayılır.

HİT.az xəbər verir ki, bu barədə “SlashGear” yazır.

“L” — aşağı sürət rejimi deməkdir. Bu rejim aktiv ediləndə avtomobil yüksək ötürmələrə keçmir və yalnız aşağı sürətlərdə işləyir. Nəticədə maşın daha çox güc əldə edir, amma yüksək sürət yığa bilmir.

Daha yeni avtomobillərdə bu hərfin əvəzinə çox vaxt “+” və “-” düymələri və ya sürücünün özü ötürmələri idarə etdiyi idman rejimi olur.

“CarFax” mütəxəssislərinin məlumatına görə, bu rejim üç halda xüsusilə faydalıdır:

* Kəskin yoxuşlar — avtomobilin yüksək dağa qalxması çətinləşəndə aşağı ötürmə ona əlavə güc verir.

* Uzun enişlər — əyləcə davamlı basmaq və onu qızdırmaq əvəzinə “L” rejimini qoşmaq olar. Bu zaman mühərrik avtomobili özü ləngidir və sürət həddən artıq artmır.

* Ağır yüklər — başqa avtomobili yedəyə alarkən və ya qoşqu çəkərkən bu rejim mühərrikin yüklənməsinin qarşısını alır.

Müasir hibrid və elektrik avtomobillərində isə bu hərfə demək olar ki, rast gəlinmir. Orada bütün prosesi ağıllı elektronika və güclü elektrik mühərrikləri idarə edir — onlar nə vaxt güc artırmağın lazım olduğunu özləri müəyyən edirlər.

Samir

0