SOCAR-da yeni TƏYİNAT

İQTİSADİYYAT
20:47 / 29.07.2020
1356

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə müşavir təyin edilib.

HİT.Az Banker.az-a istinadla xəbər verir ki, bu, iqtisadi məsələlər üzrə vitse-prezident müşaviri Kamal Dadaşovdur.

K.Dadaşov Naoma Biznes Məktəbində maliyyə üzrə magistr dərəcəsinə yiyələnmiş, Emlyon Biznes məktəbində MBA təhsili almışdır. Bununla yanaşı o, Geneve Business School-da müəllim kimi çalışır.

Qeyd edək ki, hazırda SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovdur.

0