Gələn il Şuşadan 1 382 000 manat gəlir əldə ediləcək

İQTİSADİYYAT
18:50 / 21.12.2020
1339

2021-ci ildə dövlət büdcəsində işğaldan azad edilmiş bir sıra rayonlarımızın gəlirləri müəyyənləşib. 

HİT.Az xəbər verir ki, Şuşa şəhərindən əldə edilən gəlirlərin cəmi məbləği 1 382 000 manat təşkil edəcək. 

Bu göstərici Ağdam rayonu üzrə 5 385 000 manat, Cəbrayıl rayonu üzrə 998 000 manat, Füzuli rayonu üzrə 7 966 000 manat, Xocalı rayonu üzrə 389 000 manat, Xocavənd rayonu üzrə 784 000 manat, Kəlbəcər rayonu üzrə 1 300 000 manat, Qubadlı rayonu üzrə 3 417 000 manat, Laçın rayonu üzrə 2 420 000 manat, Zəngilan rayonu üzrə isə 1 631 000 manat məbləğində nəzərdə tutulub. 

0