Büdcə zərfi Milli Məclisdə müzakirə ediləcək

13:25 / 22.12.2020
915

Sabah Milli Məclisin komitələrində 2021-ci ilin büdcə zərfi müzakirə ediləcək.

HİT.Az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, komitələr iclasda büdcə zərfini müzakirə edib təklif və rəylərini bildirəcəklər.

0