EKONOMİKS
14:52 / 23.11.2021
1055

Eldar Əzizov rəisi bu səbəbə görə işdən çıxardıb

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin rəisi Seymur Mədətovu işdən çıxarmasının səbəbləri məlum olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun bu addımı Seymur Mədətovun fəaliyyət ilə əlaqədardır. 

Məlumatda bildirilir ki, bundan əvvəl Seymur Mədətovun fəaliyyəti ilə bağlı yoxlamalar aparılıb və xeyli nöqsanlar, eyni zamanda korrupsiya faktları aşkar edilib. Qeyd edilir ki, xüsusi ilə qəzet köşkləri ilə bağlı yoxlamalarda külli miqdarda yeyinti faktları üzə çıxıb. Bundan sonra Eldar Əzizov Seymur Mədətovla vidalaşmağı qərara alıb.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, qəzet köşklərinin də adı dəyişdiriləcək. Hazırda “Kiosk Press” adı altında fəaliyyət göstərən köşklərin bundan “Qəzet Köşkü” adlandıralacağı deyilir. 

Yada salaq ki, 2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin keçirdiyi reyd zamanı Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə məxsus ticarət obyektlərindan aksiz markası olmayan siqaretlər aşkarılanmışdı. Nazirlik bununla bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentini məhkəməyə vermişdi. 

Vergilər Nazirliyinin iddia ərizəsində bildirilirdi ki, MMC-yə məxsus, aksiz markaları ilə markalanmamış alış dəyəri 395 manat olan 166 ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilsin.

0