Bakıda bank binası 29 milyon manata satışa çıxarılır

11:23 / 09.12.2021
1678

"Bank Standard"ın binası hərraca çıxarılır.

HİT.az  xəbər verir ki, bu barədə iqtisadçı ekspert Əkrəm Həsənov məlumat verib. O bildirib ki, binanın ilkin satış qiyməti 29 milyon manat olacaq:

"Bank 2016-cı ildə müflisləşib. Saxlanması və mühafizəsinə kreditorlara çatası xeyli vəsaiti xərclənəndən sonra. Nəyi gözləyirdilər? Özü də şəhərin mərkəzində yerləşən 9 241,5 kv. metr sahəli binanın ilkin satış qiyməti 29 milyon manat olacaq. Yəni 1 kv. metrin qiyməti 3180 manat. Bu o deməkdir ki, daşınmaz əmlak bazarında qiymətlər çöküb”.

0
Qaynarinfo