Azərbaycanın Gorus-Qafan yolundan topladığı vəsaitin məbləği açıqlandı

İQTİSADİYYAT
12:13 / 12.12.2021
2133
"İndiyə qədər Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda yaratdığı gömrük postlarından 2 mln manata yaxın vəsait toplayıb". Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Səfər Mehdiyev deyib. "Həmin yol Azərbaycan ərazisidir. Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər", - deyə o, qeyd edib.
4