Bakı-Tbilisi-Ceyhan kəməri ilə indiyədək nəql edilən neftin həcmi açıqlandı

İQTİSADİYYAT
23:58 / 13.12.2021
1323

İstismara veriləndən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyə və dünya bazarlarına 500 milyon ton neft çıxarılıb.

HİT.az xəbər verir ki, bu barədə BP məlumat yayıb. 

“500 milyon ton həcmində neft ixracı BTC-nin 15 illik sabit və səmərəli fəaliyyətini başa vuran əlamətdar hadisədir. Bu qədər ildən sonra boru kəməri regionun enerji ixracının əsas arteriyası olmaqda davam edir”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Heri Cons bildirib. Hesabatda qeyd olunur ki, boru kəmərinin səmərəliliyi 15 il ərzində 75%-dən 99,9%-ə yüksəlib.

Uzunluğu 1768 kilometr olan BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Hazırda onun vasitəsilə Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur.

Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft vurulur. BTC-nin hazırkı ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel neft təşkil edir.

Layihə iştirakçıları:BP (30,37%), SOCAR (25,03%), MOL (9,57%), Inpex (9,3%), Equinor (7,27%), ExxonMobil (6,79%), TP (5,73%), ITOCHU (3,65%) şirkətləridir. ), ONGC Videsh Limited (2,31%).

0