İcra Hakimiyyəti 1 illik şirkətə milyonluq tenderlər verdi

13:10 / 26.02.2022
1450

Nizami Rayonu İcra Hakimiyyətinə məxsus Mənzil Kommunal Təsərrüfatı Birliyi parkları abadlaşdırmaq üçün lazım olan skameyka və tullantı qutularının, təsərrüfat işlərində lazım olan malların, parkları abadlaşdırmaq üçün zibil qutularının, məişətdə istifadə olunacaq bir sıra malların, müxtəlif təyinatlı işlərdə istifadə olunacaq malların satın alınması ilə bağlı elan etdiyi 5 tenderə yekun vurub.

“Paralel.az ”ın məlumatına görə, tenderlərin qalibi “Etnik Gələcək-2021” MMC olub. 

Qalib şirkətlə ümumilikdə 983,063 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.

 

3