Neftimiz sürətlə bahalaşır - 1 barelə olan qiyməti...

İQTİSADİYYAT
10:39 / 09.03.2022
2195

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Hit.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,7% və ya 7,28 dollar artaraq 135,99 dollar təşkil edib.

Dünən “Brent” markalı neftin bir bareli 131,33 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

1