"İnsanların qazancları ancaq yeməklərinə gedir" - Ekspert

İQTİSADİYYAT
18:59 / 22.05.2023
373

“Bu onu göstərir ki, insanların qazancları ancaq yeməklərinə gedir. Ərzaq baha olduğundan insanlar təhsilə, istirahətə pul ayıra bilmir”.

Bunu HİT.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Azərbaycanda vətəndaşların qazanclarınn 52,7%-ni ərzaq məhsullarına xərcləməsi ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. 

Ekspert bunun gözlənilən statistika olduğunu vurğulayıb: “Bu qiymət artımı ilə bağlıdır. Ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Əlbəttə ki, bu çox mənfi göstəricidir. Vətəndaşların aldığı aylıq maaşlar yeməklərinə güclə çatır”.

Əkrəm Həsənov deyir ki, insanların sağlamlığı üçün onların istirahət etməsi vacib amillərdəndir: “Qiymət artımı tüğyan edir. Başda Mərkəzi Bank olmaqla heç bir dövlət orqanı tədbir görmür”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, Azərbaycanda adambaşına düşən orta aylıq xərcin miqdarı 16.6 faiz artıb. Qurumun məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında - yəni 4 ay müddətində vətəndaşlar qazanclarınn 52,7%-ni ərzaq məhsullarına, 4,9 faizini içki və tütün məmulatlarına, 13%-ni geyimə, 5,7 faizini yanacağa, 4,4 faizini elektrik malları və mebellərə, 2,4 faizini dərmanlara, 1,1 faizini texniki avadanlıqlara, 15,8 faizini isə digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər.

Azra

0