Azərbaycan Beynəlxalq Bankı (ABB) “İdea Yapı” MMC-ni və onun qanuni təmsilçisi olan Nuru Kurtmanı məhkəməyə verib.
HİT.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.
İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdir.
2016-cı ildə qeydiyyata alınan “İdea Yapı” MMC Bakıda fəaliyyət göstərən "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı şirkət olub.
Bir neçə ay əvvəl MMC-də direktorun köməkçisi vəzifəsində işləyən Hüseyn Yıldırımcan “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində podratçı şirkət olan “6-cı mərtəbə” MMC-nin “İdea Yapı”ya olan borcunu ödəməməkdə ittiham etmişdi.
Anar