2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 29 milyard 312.1 milyon manat vəsait daxil olub, büdcədən 25 milyard 348.2 milyon manat xərclənib.
Nəticədə dövlət büdcəsinin icrasında 3 milyard 963,9 milyon manat profisit yaranıb.
HİT.Az xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.
Eyni zamanda, 2026-cı il sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard 380.7 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ölkənin xarici dövlət borcunu 19.8 dəfə üstələyib.
Hesabat dövrünün sonuna Azərbaycanın xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azalaraq 4 milyard 509.5 milyon ABŞ dollarına düşüb.


