İnşaat şirkəti şəhərsalma baş idarəsini məhkəməyə verib

İQTİSADİYYAT
18:25 / 14.09.2023
715

“Yusifoğlu-İnşaat”  MMC Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini məhkəməyə verib. 

Hit.az xəbər verir ki, işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

İş hazırda apellyasiya mərhələsindədir. Şikayətçi “Yusifoğlu-İnşaat” MMC-dir. 

Şirkətin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirəz Tağızadənin sədrliyi ilə baxılacaq. 

“Yusifoğlu-İnşaat” MMC Bakıda yaşayış binalarının tikintisi ilə məşğuldur. 

Anar

0