Bu iki ayda doğulanların uğur qazanmaq şansları daha yüksək olur

MARAQLI
11:27 / 29.10.2026
68

Astrologiyaya görə, aprel və avqust aylarında doğulan insanlar məqsədyönlülük, cəsarət, özünəinam və əzmkarlıq kimi xüsusiyyətləri ilə seçilirlər. Bu keyfiyyətlərin onların böyük hədəflərə çatmasına və uğurlu həyat qurmasına kömək etdiyi iddia olunur.

Qaynarinfo xəbər verir ki, “Parade” portalı bu aylarda doğulan insanların xarakter xüsusiyyətləri barədə yazıb.

HİT.az Apreldə doğulanlar

Aprel ayında dünyaya gələnlər Qoç və ya Buğa bürcünə aid edilir. Astrologiyada Qoç cəsarət, təşəbbüskarlıq və risk etmək bacarığı ilə əlaqələndirilir. Bu bürcün nümayəndələrinin fürsət gözləməkdənsə, özləri yeni imkanlar yaratmağa meyilli olduqları bildirilir.

Buğa bürcü isə səbir, etibarlılıq və ardıcıllıqla xarakterizə olunur. Bu bürc altında doğulanların məqsədlərinə tədricən, möhkəm təməl quraraq çatmağa üstünlük verdikləri düşünülür. Onlar üçün uğur yalnız maddi qazanc və nüfuz deyil, həm də həyat keyfiyyəti və şəxsi dəyərlərə uyğun yaşamaq deməkdir.

Astroloji şərhlərə əsasən, aprel ayında doğulanlarda cəsarət və əzmkarlığın birləşməsi onların qarşılarına qoyduqları məqsədlərə çatmasına kömək edə bilər.

Avqustda doğulanlar

Avqust ayında doğulanlar Şir və ya Qız bürcünə aid edilir. Şir bürcü özünəinam, yaradıcılıq və liderlik qabiliyyəti ilə əlaqələndirilir. Bu bürcün nümayəndələrinin istedadlarını nümayiş etdirməyə, yeni ideyalar həyata keçirməyə və cəmiyyətdə iz qoymağa çalışdıqları qeyd olunur.

Qız bürcü isə analitik düşüncə, diqqətlilik və detallara həssaslıqla fərqləndirilir. Bu bürcdə doğulanların biliklərini artırmağa, peşəkar bacarıqlarını təkmilləşdirməyə və problemlərə praktik həll yolları tapmağa meyilli olduqları bildirilir.

Astroloji yanaşmaya görə, Şirin özünəinamı ilə Qızın analitik düşüncəsi fərqli yollarla uğura aparır. İstedadlarını inkişaf etdirmək, səhvlərdən nəticə çıxarmaq və üzərində davamlı işləmək avqust ayında doğulanların əsas üstünlükləri kimi təqdim olunur.

Qeyd edək ki, astrologiya və numerologiya elmi cəhətdən təsdiqlənmiş sahələr deyil. İnsanların gələcəyini və uğur potensialını doğulduqları aya əsasən müəyyənləşdirməyin elmi sübutu yoxdur.

Samir

0