Tarixin 29 oktyabrı...

MARAQLI
10:50 / 29.10.2026
197

Bu gün tarixin vərəqlərində 29 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 29 oktyabr bəzi görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bir sıra tarixi şəxslərin isə vəfatı bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Türkiyədə Cümhuriyyət Bayramıdır. Beləliklə, tarixin 29 oktyabrına nəzər salırıq.

29 oktyabrda baş verənlər:
1991-ci ildə Qarabağ müharibəsi gedişində Ermənistan Silahlı Qüvvələri Azərbaycana məxsus olan “An-2” təyyarəsini vurub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü ildə Azərbaycan və Mavritaniya arasında diplomatik əlaqələr qurulub. 

Həmçinin, 1863-cü ildə Cenevrədə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təməli qoyulub. 1923-cü ildə Türkiyə Respublikası rəsmən elan edilib, 2000-ci ildə Yaponiya milli futbol komandası Asiya Kubokunu qazanıb. 2012-ci ildə ABŞ-də baş verən güclü “Sendi” qasırğası 200-dən çox insanın həyatına son qoyaraq nəhəng dağıntılara səbəb olub. 2021-ci ildə isə Marşall adaları və Tonqada ilk dəfə COVID-19 infeksiyası qeydə alınıb.

29 oktyabrda doğulanlar:
1985-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Ceyhun Həsənov, 1937-ci ildə dirijor, professor Rauf Abdullayev və 1941-ci ildə Xalq artisti, aktyor Ağaxan Salmanlı dünyaya gəlib.

Həmçinin, 1814-cü ildə fransız botanik Aleksis Jordan, 1926-cı ildə Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakan, 1929-cu ildə Rusiyanın sabiq baş naziri Yevgeni Primakov, 1933-cü ildə çeçen yazıçı Abuzər Aydəmirov, 1935-ci ildə yapon kinorejissor İsao Takahata, 1942-ci ildə amerikalı rəssam və televiziya aparıcısı Bob Ross, 1950-ci ildə Türkiyənin 11-ci prezidenti Abdullah Gül və 1970-ci ildə niderlandlı sabiq qapıçı Edvin van der Sar doğulub.

29 oktyabrda vəfat edənlər:
1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hikmət Muradov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Həmçinin, 1947-ci ildə ABŞ-nin birinci xanımı Frensis Klivlend, 1950-ci ildə İsveç kralı V Qustav və 1987-ci ildə amerikalı klarnetçi Vudi Herman, 2017-ci ildə italiyalı memar Manfredi Nicoletti və 2020-ci ildə meksikalı rəssam Arturo Rivera vəfat edib.

Pərviz

0