Girovsuz kreditlər niyə artır?

İQTİSADİYYAT
18:48 / 01.02.2024
253

Ötən ilin eyni dövrü ilə müqayisədə girovsuz verilən biznes kreditlərinin məbləği artıb. 

Maraqlıdır, kreditlərin girovsuz verilməsinin banklar üçün hansısa təhlükəsi varmı? Bu məsələ gələcəkdə problemli kreditlərin artmasına təsir edə bilərmi?

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a şərhində bildirib ki, vətəndaşlara verilən girovsuz kreditlərin əksəriyyəti ya çox az məbləğ olur, ya da bankların sahiblərinin yaxın adamlarıdır. Bank sahiblərinin yaxın adamlarına verilən kreditlər sözsüz ki, təhlükəli ola bilər:  

"Məsələn, ölkədə ən iri müflis olan bank “Bank Standart” olub. Bu bankın zərəri 1 milyard 200 milyondur. İndiyə kimi də həmin zərər qalır, qarşılanmayıb. Bu bankın verdiyi kreditlər arasında çoxsaylı kreditlər var idi ki, bir şəxsə 5, digər şəxsə 10 milyon manat girovsuz kreditlər verilmişdi. Yəni, bu açıq-aşkar bank sahiblərinin, bank əməkdaşlarının bankdan pulu oğurlaması deməkdir. Lakin bir məsələ də ola bilər ki, bankın girovsuz kredit verdiyi şəxsin aylıq əmək haqqı 10-20 min manat olsun. Təbii ki, bu şəxsin ödəmə qabiliyyəti də yüksək olacaq və bank həmin şəxsə böyük miqdarda krediti girovsuz verəcək. Amma bu məbləğ 1 milyon manat olarsa, şübhə doğuracaq. O ki qaldı biznes kreditlərinə, banklar həmin kreditlərə girov götürürlər. Bəzi hallarda isə məsələn, banka yaxın şirkətlər olduqda girov tələb etmirlər”.

Sevinc

0