Yaxın Şərqdəki münaqişə fosfor gübrələrini 25 faiz bahalaşdırıb

DÜNYA
13:35 / 28.10.2026
59

Yaxın Şərqdəki münaqişə və kükürdün qiymətindəki kəskin artım fonunda fosfor gübrələri 2026-cı ilin əvvəlindən bəri 25 faiz bahalaşıb.

HİT.az xəbər verir ki, bu barədə TASS analitik “Euler” şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Hesabata əsasən, ilin əvvəlindən kükürdün qiyməti təxminən 80 faiz artıb. Bu isə fosfor gübrələrinin istehsal xərclərini əhəmiyyətli dərəcədə yüksəldib. Kükürd diammoniumfosfatın (DAP) istehsalı üçün tələb olunan xammalın dəyərinin təxminən yarısını təşkil edir.

Araşdırmada qeyd olunur ki, diammoniumfosfatın bir tonunun qiyməti 835 dollara çatıb. Bu göstərici 2025-ci ilin səviyyəsindən 25 faiz yüksəkdir. Analitiklər gübrələrin yüksək qiymətlərinin uzun müddət davam edə biləcəyini istisna etmirlər.

Avqust ayında isə dünyada kükürd qıtlığının dərinləşməsi, o cümlədən Hörmüz boğazının blokadası ilə bağlı problemlər fonunda “EuroChem” şirkətinin Litvada yerləşən “Lifosa” zavodu fosfor gübrələrinin istehsalını dayandırıb.

Bazar iştirakçılarının fikrincə, vəziyyətin normallaşması üçün Yaxın Şərqdən xammal tədarükü bərpa olunmalıdır.

Samir

0